Peyvənd olunanların sayı açıqlanıb

16:50 17.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 307, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1338, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 145 nəfərdir.