Pfizer əczaçılıq korporasiyası biotexnologiya şirkəti Seagen-in mümkün alışı ilə bağlı danışıqlara başlayıb. The Wall Street Journal mənbələrə istinadən yazır ki, sövdələşmə ən azı 30 milyard dollar dəyərindədir.
Nəşr qeyd edib ki, Pfizer biotexnoloji şirkəti Seagen-i almaq üçün danışıqlar aparır, lakin danışıqlar ilkin mərhələdədir. Ona görə də “sövdələşmənin baş tutacağına heç bir zəmanət yoxdur”. Məsələn, 2022-ci ildə Amerika dərman şirkəti Merck Seagen almaq istədi, lakin heç nəyə gətirib çıxarmadı.
Nəşrin məlumatına görə, əgər sövdələşmə baş tutsa, o zaman onun məbləği ən azı 30 milyard dollar təşkil edəcək.Seagen şirkəti özü toksin immuno-konjuqatlar - şişlərin məqsədyönlü müalicəsi üçün dərmanlar üzrə ixtisaslaşmışdır.
WSJ əlavə edib ki, Seagen-in uğurlu alınması ilə Pfizer dərmanlarının satışından yaranan itkiləri azalda bilər, çünki onların patentləri yaxın bir neçə ildə başa çatır. Pfizer özü proqnozlaşdırmışdı ki, 2030-cu ilə qədər şirkətin satışları 17 milyard dollar azalacaq.