Pilot infarkt keçirdi, 69 yaşlı təcrübəsiz arvadı təyyarəni endirdi

10:38 10.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Eliot Alper cümə günü həyat yoldaşını da götürərək Las-Veqasdan Kaliforniyaya pərvanəli təyyarə ilə uçarkən infarkt keçirib.

Hafta.az-ın “Daily Mail”ə istinadən yazdığına görə, 69 yaşlı İvonne Kaynan-Uells ərinin huşunu itirməsindən sonra dərhal hərəkətə keçməli olub. Heç bir təcrübəsi olmayan qadın hava nəqliyyatı idarəsinə çataraq vəziyyəti titrək səslə danışıb.

Zabit onu ən yaxın hava limanına istiqamətləndirərək təyyarəyə bir az da güc verməsini xahiş edib.

Yol boyu komandalar verilən İvonne Kaynan-Uells möcüzəvi şəkildə iki mühərrikli Beechcraft King Air 90-ı 5900 fut yüksəklikdən təhlükəsiz endirməyi bacarıb.

Təcili yardım qrupları təyyarəni qarşılayıb və infarkt keçirən 78 yaşlı Eliot Alperi xəstəxanaya aparıblar.

Alperə məxsus Spacefinders və Ramrod Realty adlı daşınmaz əmlak ofisi qocanın dünyasını dəyişdiyini təsdiqləyib.

"Bu hadisə unikaldır. Karyeramda heç vaxt belə bir şey görməmişəm" deyib Kern County Hava Limanlarının direktoru Ron Breuster.

Oxşar hadisələr çox nadir hallarda baş versə də, kommersiya pilotları üçün növbətçi ölüm nisbəti on mində 25-dir. Ticarət uçuşlarında birdən çox pilotun olması da qəza ehtimalını azaldır.