Polis maşını qəzaya uğradı

15:19 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax yolunda polis maşınının yoldan çıxması nəticəsində qəza olub.   

Hafta.az-ın məlumatına görə, qəza hadisəsi magistral yolun Hacıqabul rayonundan keçən hissəsində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Maneələrə çırpılan polis maşını yararsız hala düşüb.