Premyer Liqada XXIV tura 2 oyunla START

09:50 13.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hafta.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.

Digər oyunda isə “Sumqayıt” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 14-15-də keçiriləcək.