Premyer Liqamızda yeni mövsüm başladı

23:00 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start verilib.

Hafta.az xəbər verir ki, 1-ci turda ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Sabah" doğma meydanda "Səbail"i qəbul edib və 0:1 hesabı ilə uduzub.

Digər görüşdə isə "Sumqayıt" səfərdə "Keşlə" ilə üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
 
Azərbaycan Premyer Liqası, 1-ci tur

“Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: 
Rəhim Sadıxov, 83,89
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
“ASK Arena”

“Sabah” – “Səbail” - 0:1
Qol: 
Yurqen Qoxa, 30
Qırmızı vərəqə: Coy-Lens Mikels, 92+3-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Bank Respublika Arena"


15 avqust

18:00. Zirə" - "Qarabağ"

20:00. "Neftçi" - "Qəbələ"