Prezident İlham Əliyev Belçikalıların Kralına başsağlığı verib

17:46 17.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt


Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə başsağlığı məktubu ünvanlayıb.

Hafta.az-ın məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.