Prezident onu "Şöhrət” ordeni ilə təltif etdi

15:22 16.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hikmət Baba oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".