Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb.
Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Həmçinin Prezidentin digər Sərəncamlarına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasındakı, Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.