Prezidentdən baş nazirə sərt xəbərdarlıq

09:30 05.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa baş nazirə sərt xəbərdarlıq edib ki, aralarındakı fikir ayrılığı ölkəni genişmiqyaslı siyasi böhran həddinə çatdırıb, lakin parlamenti buraxmaq üçün səlahiyyətlərindən istifadə etməkdən çəkinib.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, mühafizəkar prezident televiziya ilə xalqa müraciətində deyib: “Bütün şərtləri nəzərə alaraq, institusional sabitliyin təminatlarına üstünlük verməyə davam edəcəyəm, çünki Portuqaliya yüksək inflyasiya və faiz dərəcələri ilə mübarizə aparır".

Analitiklərin fikrincə, istənilən növbədənkənar parlament seçkilərinin qeyri-sabit hökumətin mövcudluğuna gətirib çıxaracağı ehtimalı, yəqin ki, prezidentin daha radikal tədbirlərə əl atmasına mane olub. Amma o, sosialist çoxluğun hökumətinin öz nüfuzunu qorumaq üçün səy göstərməli olduğunu söyləyib.

Çərşənbə günü müxalifət partiyaları Baş nazir Antonio Kostanın İnfrastruktur naziri Joao Qalambanın Rebela de Sousanı aşağılayaraq, dövlət aviaşirkəti TAP ətrafında dərinləşən qalmaqal fonunda istefa vermək təklifini rədd etdikdən sonra prezidenti parlamenti buraxmaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb.

"Hökumət infrastruktur nazirini əvəz edərək üzərinə götürməli olduğu məsuliyyətdən yayınıb" deyib Rebelu de Souza.

"Portuqaliyalıların onlara rəhbərlik edənlərə inanması üçün siyasi və inzibati məsuliyyət vacibdir... Baş verənlərin gələcəkdə başqa nəticələri də olacaq, mən hökumətin siyasi və inzibati məsuliyyəti məsələsinə daha diqqətli olmalıyam", - prezident deyib.

Qeyd edək ki, Kostanın lideri olduğu sosialistlər 2022-ci ilin yanvarında mütləq parlament çoxluğunu qazanıblar, lakin onun ardıcıl üçüncü hökuməti problemlərlə üzləşir. Son bir ildə 10-dan çox nazir və dövlət katibi vəzifəsini tərk edib, ən azı iki istefa TAP aviaşirkəti idarə heyətinin üzvlərinə qeyri-müntəzəm işdənçıxma haqqı ödəməsi ilə bağlı qalmaqalla əlaqələndirilib. 

Sosialistlərin əsas rəqibi olan hüquq professoru, keçmiş siyasi şərhçi və Sosial Demokrat Partiyasının keçmiş lideri Rebelo de Sousa 2021-ci ildə böyük fərqlə qalib gəlib.

Siyasət rubrikasından digər xəbərlər