Prezidentin bu addımı bir nümunədir - Şəhid qardaşı

15:09 03.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Alakol kəndindən olan II Qarabağ savaşının Şəhidi İbad Qasımovun ailəsinə 11 manat birdəfəlik müavinət verilib.

Bu barədə hafta.az-a açıqlama verən Şəhidin qardaşı Nizami Qasımov bildirib ki, birdəfəlik müavinət anasına təqdim olunub. Şəhid qardaşı bunu Prezidentin - dövlətin onların timsalında bütün Şəhid ailələrinə verdiyi yüksək dəyər kimi qiymətləndirib.

N.İsmayılov bildirib ki, Prezident daim Şəhid ailələrinə, qazilərə, əlillərə diqqət və qayğısını əsirgəmir.

“Yaxşı nümunədir. İnanıram ki, şəhid ailələrinin sosail vəziyyətini yaxşılaşdıracaq belə addımlar davamlı olacaq.  Lakin müharibədə iştirak edən, yaralanan, əlil, Şəhid, qazi olan döyüşçülərə bu cür humanist münasibət bütün məmurlar tərəfindən olsa yaxşı olar. Rayonlarda məmurlar da Prezidentdən nümunə götürməlidirlər”.

Oxunma sayı 203
Gündəm rubrikasından digər xəbərlər