Prokurorluq Tovuzda baş verən qətl barədə məlumat yayıb

15:10 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.