Yazını böyüt
Yazını kiçilt
Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin “NATO-nun dağılmasına” ümid edirdi, o cümlədən Rusiya hərbçilərini alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin “bunların heç biri baş vermir”. Prezident Co Bayden PBS NewsHour-a müsahibəsində deyib.
Baydenin sözlərinə görə, “Putin heç vaxt bununla məşğul ola bilməyəcək”. ABŞ prezidenti həmçinin deyib ki, Putin “artıq Ukraynanı itirib”.
ABŞ-ın Ukraynanı dəstəkləmək üçün artıq təxminən 100 milyard dollar xərclədiyini nəzərə alsaq, Baydenin Kiyevi “nə qədər” dəstəkləmək vədinin açıq öhdəlik olub-olmaması ilə bağlı suala cavab olaraq, Bayden təsdiqlədi ki, “bu, bir öhdəlikdir."