Putin daha bir GENERALINI İTİRDİ

09:21 06.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə tam sürətlə davam edərkən, Kiyev general-mayor Roman Kutuzovun ölümünü dərc etdiyi foto ilə dünyaya elan edib.

Hafta.az bildirir ki, Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə Ukraynanın şərqində davam edir.

Donbasa nəzarət uğrunda qanlı döyüşlərə səhnə olan müharibə daha bir rus generalının həyatı bahasına başa gəlib.

29-cu Əlahiddə Ümumqoşun Ordusunun rəisi, general-mayor Roman Kutuzovun öldürüldüyü açıqlanıb.

İngiltərənin Daily Mail qəzetində yer alan xəbərə görə, Kutuzovun ölümündən sonra Rusiyanın müharibədə itirdiyi generalların sayı 11-ə yüksəlib.

Ukrayna general-mayor Roman Kutuzov olduğunu iddia edən fotonu yayıb.

Görüntülərdəki cansız cəsədin rus generala aid olduğu iddia edilib və hələlik Rusiyadan rəsmi açıqlama gəlməyib.

Rusiya dövlət televiziyasının müxbiri Aleksandr Sladkov Ukraynanın şərqində rus generalın öldürüldüyünü bildirib.

Sladkovun Telegram mesajlaşma proqramında dərc etdiyi hesabatda general-mayor Roman Kutuzovun dəqiq nə vaxt və harada öldürüldüyü göstərilməyib.