Sabah, yəni fevralın 16-da Rusiyanın Ukrayna əraziisnə hərbi hücum edəcəyinə dair inandırıcı iddialar səsləndiyi bir vaxtda, Rusiya przidenti Vladimir Putin geri çəkildiyini göstərən açıqlama verdi.
Hafta.az-ın yazdığına görə, Kremldən verilən açıqlamaya əsasən, Rusiyanın dövlət başçısı müzakirələrə və dialoqa tam hazırdır. Açıqlamada eyni zamanda, Ukrayna ilə yaşanan böhranın Rusiyanın təhlükəsizliyə dair narahatlıqlarından sadəcə biri olduğu vurğulanıb. Odur ki, müzakirələrdə problemlərin kompleks həllinə nail olmaq yollarının tapılması təklif edilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında problem 2013-2014-cü illərdə başlayıb və bu gün müharibə səviyyəsinədək dərinləşib. Moskva Ukraynanın şərq sərhədlərinə hərbi yəğnağını gündən-günə artırır, digər yandan isə müharibə olmasın deyə diplomatik səylərini gücləndirir.
2014-cü ildə Krımı ilhaq edən, Ukraynanın şərqindəki Donbass vilayətində "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adı altında iki kiçik muxtar idarəetmə strukturunun qurulmasına dəstək verən Moskva, Kiyevin NATO-ya daxil olmasına qarşı çıxır və bunu müharibəyə başlamaq üçün vacib səsbəb adlandırır.