Putin təcili görüş keçirəcək

11:12 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin yanvarın 29-da Rusiyada koronavirusun yayılmasının qarşısını almaq üçün görüş keçirəcək. 

Hafta.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, prezident baş nazirin müavini Tatyana Qolikova, səhiyyə naziri Mixail Muraşko və "Rospotrebnadzor"un rəhbəri Anna Popova ilə görüşəcək.

"Baş nazirin müavini, səhiyyə naziri və "Rospotrebnadzor"un rəhbəri prezidentə koronavirusun yayılmasının qarşısını almaq üçün nə edildiyindən, hansı tədbirlərin görüldüyündən bəhs edəcək", deyə Peskov bildirib.