Qadının çantasından 6500 manat oğurlandı

14:30 04.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.