Yazını böyüt
Yazını kiçilt
Misirin payatxtı Qahirədə "Telecom Egypt" telekommunikasiya şirkətinin baş ofisinin yerləşdiyi "Central Ramsis" binasında yanğın baş verib.
Hafta.az xəbər verir ki, ilkin məlumata görə, 22 nəfər xəsarət alıb. Yanğınla əlaqədar bütün paytaxtda rabitə problemləri yaranıb. İnsanlar telefon zəngləri edə bilməyiblər, internetdə ciddi fasilələr yaranıb.
Problemlər Misirin digər bölgələrində də müşahidə olunur. /"Reuters"/