Yazını böyüt
Yazını kiçilt
Balakən rayonunun Talalar kəndi ərazisində ağcaqayın və akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini Osman Sonalov saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.