Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

15:58 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumulyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən sənədləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 91