Moldovaya bağlı Qaqauziya prezidenti Yevgeniya Qutsul Türkiyənin Zen Solar Enerji Sanayi Ticaret Limited Şirketi və European Gas and Electricity trading GmbH şirkəti ilə təbii qazın ucuz qiymətə alınmasına dair razılığa gəldiklərini açıqlayıb.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Qaqauziyanın türk şirkəti ilə etdiyi təbii qaz müqaviləsi kubmetri üçün 10 ley (0,55 dollar) olaraq müəyyən edilib. Hansı ki, ümumilikdə Moldovada bu həcmdə qazın tarifi 18,07 ley (1 dollar) təşkil edir.
Qaqauziya Muxtar Vilayətinin türk şirkəti ilə imzaladığı qaz müqaviləsini Kişinyov hökumətindən 50 faiz ucuz qiymətləndirən Moldova prezidenti Maya Sandu hökumətin Qaqauziyadan ucuz qaz alaraq dövlətə məxsus “Energocom” şirkətinə təhvil verəcəyini bildirib. Eyni zamanda o, Qaqauziya prezidenti Yevgeniya Qutsulun razılaşdığı türk şirkətinin Moldovanın Avropa ölkələrindən aldığı qazdan aşağı qiymətə qaz tədarük edəcəyinə şübhə etdiyini bildirib. Sandu bu müqaviləni "uşaqları yatdırmaq üçün yalan və nağıllar" kimi təsvir edib.
Moldova Rusiyadan qaz nəqlini dayandırıb və bu səbəbdən də qaz və elektrik enerjisinin qiymətlərinin həddən artıq bahalaşması səbəbindən enerji böhranı yaşayır. Bu, ölkədə prezident Maya Sandunun istefası tələbi ilə etirazlara səbəb olur.
2022-ci ildə Moldovada qaz tarifləri təxminən 7 dəfə, elektrik enerjisinin qiyməti isə 4 dəfə artıb.