“Qarabağ”-“Sabah” oyunu bərabərə yekunlaşıb

21:21 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib

Hafta.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

“Qarabağ” “Sabah”ı qəbul edib. Dramatik məcrada keçən görüşdə qapılara 6 qol vurulub. Görüşün baş hakimi Rəvan Həmzəzadə oyunda 4 penalti təyin edib. 

Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.

22-ci tur

“Qarabağ” – “Sabah” - 3:3 
Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)