Qarabağda 86 yanğın olub

16:39 23.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin yanvar-avqust ayları ərzində işğaldan azad edilmiş ərazilərdə 86 yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki,  bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Azərkosmos" Kommersiya qrupunun rəhbəri Elman Ələsgərov deyib.

Elman Ələsgərov bildirib ki, yanğınlar 8597 hektar ərazini əhatə edib:

"Yanğınların ümumi sahəsinin 141 hektarı meşə sahəsində, 7332-i otlaq, 832-i əkin, 292-i kolluq sahədə qeydə alınıb. Bu yanğınlardan 16-sı Kəlbəcərdə, 47-si Füzulidə, 2-si Xocavənddə, 6-sı Xocalıda, 3-ü Cəbrayılda, 1-i Laçında, 4-ü Zəngilanda, 4-ü Qubadlıda, 3-ü Tərtərdə qeydə alınıb".

Oxunma sayı 178