Qarabağda xeyli silah-sursat aşkarlanıb - FOTO

10:10 23.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.

Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.