Qarabağdan böyük erməni axını var - Ermənistanın keçmiş baş naziri

20:19 09.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvanın “Azadlıq” meydanında “Birgə” hərəkatının mitinqi davam edir.

Hafta.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan çıxışına revanşist, faşist, işğalçı xislətli ermənilər üçün bəd xəbərlə başlayıb.

“Artsaxdan pis xəbərim var. Artsaxdan erməniləri daşımasına icazə verilən bədbəxt avtobus var... O, artıq böyük problem yaradıb, çünki artsaxdan böyük axın var”, - deyə Baqratyan kütləni məlumatının doğruluğuna inandırmağa çalışıb.

Xatırladaq ki, doğrudan da, son günlər Azərbaycanın Laçındakı sərhəd-keçid məntəqəsindən Ermənistan istiqamətinə gedən hayklarının sayının artması müşahidə olunur. Ancaq geri qayıdanlar da var...

 

 

Siyasət rubrikasından digər xəbərlər