“Qarabağ”dan heç-heçə, "Sabah" qalib gəldi

22:30 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Oyunda qol vurulmayıb.

8 may

“Qarabağ” – “Zirə” - 0:0 
Hakimlər:
 Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”

“Səbail” – “Sabah” - 0:2
Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36

Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”

9 may (bazar ertəsi)

17:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”

19:45. Qəbələ” – “Neftçi”
Hakimlər:
 Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.

Oxunma sayı 32