"Artıq böyük axın var - Qarabağdan köçkün düşmüş qardaş və bacılarımız Ermənistan vətəndaşlığı üçün müraciət edirlər".
Hafta.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Əlbəttə, biz gözləyirdik ki, bu proses baş verməlidir, bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir, təbii ki, müəyyən qanunvericilik nüansları var ki, onlara əməl edilməlidir. Burada hökumət və dövlət qurumları mümkün qədər tez işləməlidir. Sürət üzündən qanun pozuntularına yol verməmək üçün düzgün və qanuni prosedurlara əməl edərək irəliyə doğru addımlaya bilmək üçün Qarabağdan köçkün düşmüş bacı və qardaşlarımızdan bir qədər səbr gözləyirik. İnsanların anlayışına görə minnətdaram”, - deyə Paşinyan bildirib.
O, əlavə edib ki, biz humanitar işlərin tərkib hissəsi kimi “50+50” proqramının icrasını, daha sonra vətəndaşlıq və status aldıqdan sonra pensiyaçıların pensiya təminatı məsələsinin də həllini gözləyirik.