AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristofersen Bakı və İrəvanın sülh sazişi yolunda irəliləyişini alqışlayıb və tərəfləri danışıqları intensivləşdirməyə çağırıblar.
“Biz Azərbaycan və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi son irəliləyişi alqışlayırıq və hər iki ölkənin hökumətlərini ikitərəfli danışıqları aktivləşdirməyə çağırırıq”, - deyə onlar iyunun 3-7-də Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatda bildiriblər.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Liddell-Qrancer və Kristoffersen Bakının Qarabağın minalardan təmizlənməsi, dağılmış infrastrukturun bərpası üzrə səylərini alqışlayıblar.
Liddell-Qrancer və Kristofersen də “Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazini (Azərbaycanın Qarabağ bölgəsi) tərk edəcəyinə” ümid etdiklərini bildiriblər.