“Qarabağ”ın akademiyasına yeni menecer təyin olunub

15:55 17.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan hafta.az-a verilən məlumata görə, Nail Kərimov Ağdam təmsilçisinin futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

N.Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Oxunma sayı 149