Qaradağ rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair yığıncaq keçirilib

15:17 19.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli iclasında, eləcə də 3 fevral 2020-ci il tarixində Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Hafta.az yazır ki, yığıncaqda Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, şura üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayaraq, keçən 2019-cu il respublikamızda olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirildiyini bildirdi. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib.

"2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezident İlham Əliyevin Qaradağ rayonuna səfərləri olub. Bu cür səfərlər ölkəmizin, eləcə də Qaradağ rayonunun inkişafında davamlı ənənələrin, dayanıqlı inkişafın və müasirləş-mənin yeni bir mərhələsini nümayiş etdirməklə yanaşı, regionda uğurla həyata keçirilən böyük layihələrin əhəmiyyətli nəticələrinin beynəlxalq aləmdə diqqət mərkəzinə çəkilməsinə geniş imkan yaradır. Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Qaradağ rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılması təmin edilib", - deyib S.Mikayılov.

Məruzə ətrafında müzakirələrdə rayon ərazisində yol infrastrukturu sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 10 nömrəli yol istismarı MMC-nin direktoru Mübariz Paşayev, rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Hacıyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Prezident Administrasiyasının “Ərazi-təşkilat məsələləri üzrə şöbəsi”nin sektor müdiri Tağı Tağıyev çıxış edərək, 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan söz açıb.

Hesabat göstəricilərinə yekun vuran İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb.

Müzakirələrdən sonra bu ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edilib.