Rusiyada bir pravoslav din xadimi kilsə tərəfindən “pasifist”, yəni sülhpərvər olmaqda ittiham olunub.
Hafta.az-ın “Noviye İzvestiya” portalına istinadən yazdığına görə, din xadimi İohann Burdinlə bağlı dosyedə “Pasifikizm pravoslav kilsəsinin indiki təlimi ilə uyğun gəlmir” deyilir.
Kostroma şəhərində işləyən Burdin 2022-ci ilin mart ayında kilsədə oxuduğu bir xütbədə “Biz xristianıq, xristianlar xristianları öldürərkən dayanıb seyr edə bilmərik” sözlərini işlətdiyi üçün “Rusiya ordusunun reputasiyasına xələl gətirdiyinə” görə 35 min rubl cərimə olunub.
Bu inkişafdan sonra İohann Burdin Rus Pravoslav Kilsəsini tərk edərək Bolqar kilsəsinə köçmək üçün rəsmi müraciət ünvanlayıb, lakin rus kilsəsi ərizəyə cavab olaraq Burdinə xidmət göstərməyi yasaqlayıb.
Portal Patriarx Kirilin Burdinin dosyesi ilə şəxsən məşğul olduğunu və onun dosyesində sözügedən ifadələrin də yer aldığını yazır.