Yazını böyüt
Yazını kiçilt
Qazaxıstan ilk xarici dəniz terminalını açmaq üçün günləri sayır. “Jibek Joly” telekanalının xəbərinə görə, bu ilin aprelində Gürcüstanın Poti şəhərində ilk xarici dəniz terminalı istifadəyə veriləcək.
Hafta.az-ın yazdığına görə, iki il əvvəl başlanan 30 milyon dollarlıq layihə çərçivəsində illik 120 min ədəd konteyner tutumuna sahib olacaq. Qazaxıstanın ticarət sahəsində tranzit xüsusiyyətini ön plana çıxaran layihə çərçivəsində terminal Poti limanında yerləşəcək. Qara dəniz, Gürcüstan və Xəzər dənizinə qədər uzanan nəqliyyat dəhlizi sayəsində Qazaxıstan birbaşa Türküstan ölkələrinə yük daşıyacaq.