Qazaxıstan səfiri «Caspian Energy Club»un işgüzar görüşündə iştirak edib

16:19 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Azərbaycanın biznes sektorunun 160-dan çox nümayəndənin qatıldığı «Caspian Energy Club»un işgüzar görüşündə iştirak edib.

Hafta.az-ın yazdığına görə, çıxış edən diplomat Qazaxıstanda sosial-iqtisadi dəyişikliklər və nailiyyətlər, iqtisadiyyatının, xarici ticarət dövriyyəsinin, kiçik və orta biznesinin artımı, iri sənaye layihələrinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması, xarici mənfi amillərə baxmayaraq birbaşa xarici sərmayələrin cəlb edilməsi barədə danışıb. Səfir görüş iştirakçılarının diqqətini xüsusilə Qazaxıstanla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafına, aprel ayında Bakıda keçiriləcək Ticarət-İqtisadi Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının və Qazaxıstan sahibkarların ticarət missiyasının keçiriləcəyinə yönəldib. Bununla əlaqədar, səfir Abdıkarimov Azərbaycan biznesmenlərini Qazaxıstanla qarşılıqlı aktiv sərmayə və ticarət-iqtisadi müstəvilərdə əməkdaşlıq etməyə çağırıb.

Serjan Abdıkarimov «Caspian Energy Club»un rəhbərliyi ilə birlikdə ötən ilin nəticələrinə əsasən ölkənin ən yaxşı şirkətlərinin mükafatlandırılma mərasimində da iştirak edib.