Türkiyədən sonra Qazaxıstan da Rusiyaya mal ixracına nəzarəti gücləndirməyə hazırlaşır. Astana Rusiyaya və Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrə gedən mallar üçün elektron bəyannaməni məcburi edib.
Hafta.az-ın yazdığına görə, indiki təcrübədə Qazaxıstanla Rusiya arasında malların tranziti üçün gömrük bəyannaməsi hazırlanmırdı, çünki hər iki ölkə Avrasiya İqtisadi İttifaqının üzvüdür.
Yeni sistem aprelin 1-dən tətbiq olunacaq. Mövzu ilə bağlı xəbər verən “Kommersant” qəzeti Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ləğv etdiyi gömrük nəzarətini qismən bərpa etdiyini yazır. Qəzetin məsləhətləşdiyi sənaye mütəxəssisləri yeni sistemin iki ölkə arasındakı ticarətə necə təsir edəcəyini təxmin etməkdə çətinlik çəkdiklərini bildiriblər. Rusiya şirkətlərinin məsələni Avrasiya İqtisadi Birliyinin gündəliyinə çıxaracağı gözlənilir.
Qazaxıstan rəsmiləri Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etmədiklərini, lakin bu sanksiyaların pozulmasına imkan verməyəcəklərini bildiriblər.
Qazaxıstan yüklərin Rusiyaya tranziti üçün qaydaları sərtləşdirir
11:50 29.03.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat rubrikasından digər xəbərlər