Qazaxıstanda kütləvi dava - 8 ölü-VİDEO

13:35 08.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gecə saatlarında Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda sakinlər arasında kütləvi dava baş verib.

Hafta.az-ın məlumatına görə, toqquşma nəticəsində 8 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

Hadisə zamanı onlarla ev yandırılıb.

Polis 50-yə yaxın şəxsi saxlayıb. Qeyd olunur ki, münaqişə məişət zəminində başlayıb.

Ölkə prezidenti Kasım-Jomart Tokayev Baş prokurorluğa insidentin araşdırılması ilə bağlı tapşırıq verib.