“Qazprom” Çinə qaz tədarükü üzrə yeni rekorda imza atıb

18:56 01.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qazprom” Çinə qaz tədarükü rekordunu yeniləyib – iyulun 31-də “Sibirin Gücü” qaz kəməri ilə Rusiya qazının tədarükü gündəlik müqavilə öhdəliklərini üstələyib.

“Qazprom” bütün tələb olunan həcmləri çatdırıb və Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb”, - deyə şirkətin açıqlamasında bildirilir.

Bildirilir ki, qaz “Qazprom” və “CNPC” arasında qaz alqı-satqısı müqaviləsi əsasında verilir.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, 2023-cü ildə Rusiyanın Çinə enerji tədarükünün artımı təxminən 40% təşkil edir.

Ləman Əliyeva