“Qazprom” “Türk axını” ilə qaz nəqlini bərpa etdi

10:45 13.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazprom” iyunun 12-də “Türk axını” təbii qaz boru kəməri ilə qazın nəqlini bərpa edib.

Hafta.az-ın yazdığına görə, Rusiya qazını Türkiyəyə daşıyan “Türk axını” təbii qaz kəmərində bu ilin 5-12 iyun tarixləri arasında aparılan təmir işləri yekunlaşıb.

Artıq xətlə təbii qaz axını bərpa edilib.

2019-cu ildə istifadəyə verilən “Türk axını” qazın Rusiyadan Türkiyəyə nəqli, oradan isə Cənubi və Cənub-Şərqi Avropaya tranziti üçün nəzərdə tutulub.

Kəmərin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetr qiymətləndirilir.

Hər il yay aylarında xətdə planlı təmir işləri aparılır.