Qərb üçün Ermənistanla Azərbaycanın necə anlaşacağı, maraqlı deyil - Ekspert

14:03 30.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərb üçün Ermənistanla Azərbaycanın necə anlaşacağı, kimin udacağı, kimin uduzacağı maraqlı deyil.

Bu fikirləri hafta.az-a politoloq Natiq Cəfərli deyib:

“Qərb üçün fərqi yoxdur. Qərb bu anlaşmanı istəyir.  Amma Rusiya üçün kimin uduzub -uduzmayacağı maraqlıdır. Çünki Rusiyanın böyük sülh sazişinin imzalanmasında heç bir marağı yoxdur və böyük sülh sazişi Rusiyanın Ermənistana və Azərbaycana təsirlərini minimuma endirəcək faktora çevrəcək. Ona görə də prosesi uzatmaqda maraqlı olan böyük güclərdən söhbət gedirsə, bu Rusiyadır”.

Siyasət rubrikasından digər xəbərlər