Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər yaralanıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
Hafta.az xəbər verir ki, bu barədə sözügedən ərəb ölkəsinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. "Ras-Laffan sənaye zonasındakı zavodların birində qeydə alınan qəza nəticəsində xəsarət alanların ümumi sayı 54 nəfərə çatıb. Eyni zamanda, axtarış-xilasetmə qüvvələri itkin düşmüş şəxslərin axtarışı üzrə əməliyyatlar həyata keçirir", - deyə DİN-dən bildirilib.
Daha əvvəl mediada yerli sakinlərin dünən axşam saatlarında Dohanın bir neçə rayonunda zəlzələni xatırladan qəribə təkanlar hiss etdikləri barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, binaların qapı və pəncərələri titrəyib. Daha sonra Qətər DİN Ras-Laffan sənaye bölgəsində lokal partlayışın baş verdiyini açıqlayıb.
"Reuters" agentliyi isə özəl mənbələrinə istinadən xəbər verib ki, hadisə istismar xətası səbəbindən "Barzan" qaz emalı zavodunda qeydə alınıb.