Qeyrətli Gədəbəy camaatını ayağa qaldırmaq istədilər - Sahib Alıyev

14:11 23.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dövlətimizin enerji təhlükəsizliyi məsələsində Avropanın vazkeçilməz tərəfdaşlarından birinə çevrildiyini,  Azərbaycan-Ermənistan şərti sərhəddinə ABŞ-nin 230 illik parlamentarizm tarixində etdiyi yaramazlıqlara görə açıq tənbeh ediləcək 26-cı konqresmen Adam Şiffdən çox da fərqlənməyən qərəzli,  saxtakar və müftəxor deputatlar göndərən Fransanın belə bunun qarşısını almaq cəhdlərinin heç bir nəticə vermədiyini görənlər pislik etmək potensiallarının hələ də qaldığını sərgiləmək üçün qeyrətli Gədəbəy camaatını ayağa qaldırmaq istədilər. Söyüdlüd’ baş verənlərin araxasında dayan həqiqət budur”.

Hafata.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

Deputat bununla belə hesab edir ki, Söyüdlüdə ekeolji vəziyyətin son dərəcə dəqiqliklə öyrənilib, detallı açıqlanmasına ehtiyac var.

“Hər hansı ekoloji problem varsa, təbii ki,  ona son qoyulmalıdır.  Eyni zamanda camaatı ayağa qaldırmaq üçün ora göndərilənlərin də dindirilib kimlikləri,  nə məqsədlə Söyüdlüyə gəldikləri bütün çılpaqlılğıyla çatdırılmalıdır. Onda  edilən təhqir, atılan daşlar qarşılığında emosiyasını saxlaya bilməyən polis əməkdaşının üzünə qaz püskürdülən o yaşlı qadın qarışıq  Söyüdlü camaatının təəssübünü Rusiyadan göndərilən emissarlardan və Qərbdəki bəlli çevrələrin maliyyələşdirdiyi dırnaqarası jurnalistlərdən qat-qat çox çəkdiyi bəlli olacaq”.

Siyasət rubrikasından digər xəbərlər