Qəzada ölən polis zabiti məşhur polkovnikin oğlu imiş - FOTO 

09:49 10.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da saat 21:30-da Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində polis zabiti Cavid İsmayılzadə həyatını itirib.

Hafta.az-ın məlumatına görə, polis zabiti hadisə zamanı məzuniyyətdə olub.

Həyatını itirən zabit Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub. O, Binəqədi rayonunun sabiq polis rəisi polkovnik Namiq İsmayılovun oğludur.modern