Qəzaya düşən hərbçilərin SON VƏZİYYƏTİ

10:35 09.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Kəlbəcərdə UAZ markalı avtomobilin aşması nəticəsində xəsarət alan hərbçilərin son vəziyyəti açıqlanıb.

Hafta.az xəbər verir ki, Müdafiə Nazirliyindən avtomobil qəzası nəticəsində yüngül xəsarət alan üç nəfər hərbi qulluqçuya dərhal ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edildiyi bildirilib. Qeyd edilib ki, stasionar müalicə alan hərbi qulluqçuların vəziyyətləri qənaətbəxşdir və onlar hazırda xidmət yerlərində hərbi xidmətlərini davam edirlər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, rayonun İstisu qəsəbəsində qeydə alınan hadisə zamanı Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.