Qırğızıstanın xarici ticarət dövriyyəsi azalıb

09:47 12.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın xarici və daxili ticarət dövriyyəsi ilin əvvəlindən bəri iki ay ərzində 983,8 milyon dollara çatıb.

Hafta.az-ın “Kabar”a istinadən yazdığına görə, Qırğızıstan Milli Statistika Komitəsinin sədr müavini Zaynidin Cumalıyev deyib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azdır.

Bununla belə, 2025-ci ilin yanvarından ölkənin ixrac dövriyyəsi 142,2 milyon dollar, idxalı 841,6 milyon dollar olub.

Müvafiq olaraq, Qırğızıstanın xarici ticarət dövriyyəsində ixracın payı 14,5 faiz, idxalın payı isə 85,5 faiz təşkil edib.