Qlobal turizm 3,3 trln. dollaradək itirə bilər - BMT

11:35 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qlobal turizm sektorunun gəlirlərinin COVID-19 pandemiyasına qarşı yeridilən məhdudiyyətlər səbəbindən 3,3 trln. ABŞ dollarınadək azalması gözlənilir.

Hafta.az-ın məlumatına görə, bu barədə BMT-nin "COVID-19 and Tourism: Assessing the Economic Consequences" adlı hesabatına deyilir.

Proqnoz 3 ssenaridən ibarətdir: 4 ay uzanan karantin halında itkilərin 1,17 trln. dollar, 8 ay davam edəcək karantin halında 2,22 trln. dollar və ən bədbin ssenari – 1 il davam edəcək karantin halında itkilərin 3,3 trln. dollara bərabər olacağı gözlənilir. Bu, qlobal ÜDM-in 1,5-4,2%-ni təşkil edir.

Oxunma sayı 1624