Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunun Qobu qəsəbəsində bir dam altında tikilən dörd ailənin yaşadığı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.