Qohumunun evindən 51 min manat və qızıl oğurladı

15:20 27.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Hafta.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Araşdırma aparılır.