Qorxunc qotika dəhşətinə geri sayım

11:56 02.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qorxu həvəskarlarının səbirsizliklə gözlədiyi yeni “Nosferatu” adaptasiyasından dəhşətli treyler paylaşıldı.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, Robert Eggersin rejissoru olduğu qorxu filmində Bill Skarsgård gənc qadına aşiq olan vampir Qraf Orlok rolunu oynayır.

Ən son treyler Lili-Roz Deppin canlandırdığı Ellen Hutterin ümidsizcəsinə "Mənə gəl" deməsi ilə başlayır. Sonra kəskin keçidlə tamaşaçılar Qraf Orlokun gözlərini görür.

Daha sonra treylerdə Ellen veteran aktyor Villem Dafoun canlandırdığı professor Albin Eberhart Von Franza Nikolas Houltun canlandırdığı Tomas Hutterlə evləndiyi gün vampirlə qarşılaşmasının qaranlıq sirrini danışır.

Treylerin son kadrlarında Qraf Orlokun silueti görünür.

2015-ci ildə çəkilmiş “The Witch” və 2019-cu il istehsalı “The Lighthouse” filmləri ilə tanınan Eggers, 1922-ci ildə alman rejissor Fridrix Vilhelm Murnau tərəfindən çəkilmiş “Nosferatu”nu yenidən şərh edir.

Filmin böyük aktyor heyətinə həmçinin adı tez-tez Ceyms Bondla yanaşı çəkilən Aaron Taylor-Conson və məşhur “The Crown” serialının 28 yaşlı ulduzu Emma Korrin də daxildir.

Kinosevərlər əvvəllər “Nosferatu”dan qısa tanıtım videolarına baxmışdılar. Bu, Eggersin qotik filminin ilk tam treyleridir. İlk treylerdə Skarsgård-ın canlandırdığı vampirin üzü heç görülməyib.

Bu, filmin marketinqinin əsas elementinə çevrildi və iki hissəli “İT” ulduzunun bu rol üçün nə qədər dəhşətli transformasiyadan keçdiyi haqqında çoxlu məlumatlar var idi.

Bu yaxınlarda “Nosferatu” haqqında danışan 34 yaşlı Hoult Skarsgårdın çıxışı haqqında məlumat verdi.

“IndieWire”a açıqlamasında aktyor "Qorxuludur, o, Bill deyil" deyibi və əlavə edib: "Narahat edən də budur. Bildən heç nə qalmayan, həqiqətən də dəyişdirici bir performans nümayiş etdirir. Bu, qorxulu və hədələyicidir. Onun səsi, makiyajı, o, həqiqətən də əla personajdır və onunla bəzi gözəl xarakter işləyib"deyib.