Qusarda 14 yaşlı məktəbli kanalda boğulub

10:24 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Hafta.az-ın məlumata görə, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 146