Rafael Ağayev federasiyada vitse-prezident vəzifəsinə təyin olundu

21:51 17.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.

Hafta.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.