Yazını böyüt
Yazını kiçilt
Bu gün Cakartada Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayevlə İndoneziyanın Azərbaycana yeni təyin olunan səfiri Bapak Berlian Helmi arasında görüş keçirilib.
Hafta.az-ın yazdığına görə, görüş zamanı R.Rzayev yeni səfirə gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə İndoneziya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.